Yaşar Gülər özbəkistanlı həmkarı ilə görüşüb

post-img

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​özbəkistanlı həmkarı Bahodir Qurbanov ilə görüşüb. Məlumatı “Anadolu” yayıb. 

Görüş türkiyəli nazirin Özbəkistana səfəri çərçivəsində baş tutub. Qonağın şərəfinə Özbəkistan Müdafiə Nazirliyinin binasında rəsmi qarşılanma mərasimi təşkil olunub.

Yaşar Gülər ​​əsgərləri salamlayıb, daha sonra iki ölkənin dövlət himnləri səsləndirilib. 

Mərasimdən sonra nazirlərin iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə ikitərəfli görüşləri başlayıb. Görüşdə müdafiə və təhlükəsizlik məsələləri, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

P.ƏMİRCANOV

XQ

Dünya