Türkiyə və İsrail arasında ticarət dövriyyəsi azalıb

post-img

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi altı ay ərzində 33 faiz azalıb. Bu barədə “Anadolu” məlumat yayıb. 

Məlumata görə, Qəzzada hərbi əməliyyatlar başlayandan Türkiyənin İsraillə ticarəti əhəmiyyətli dərəcədə aşağı enib. Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, ümumi ikitərəfli ticarət 2023-cü il oktyabrın 7-dən bu il martın 20-dək demək olar ki, 33 faiz azalıb. Türkiyənin İsrailə ixracı 30, idxalı isə 43,4 faiz azalıb. 

 

Anar ƏLİ

XQ

Dünya