Rusiya və Çin Avrasiya məkanında təhlükəsizliyi gücləndirmək niyyətindədir

post-img

Rusiya və Çin Avrasiya təhlükəsizliyi üzrə dialoqa başlamaq barədə razılığa gəliblər. Bunu Rusiya XİN başçısı Sergey Lavrov çinli həmkarı Vanq İ ilə danışıqlardan sonra deyib.

“Qarşımızda Avrasiya təhlükəsizliyinin formalaşdırılması vəzifəsi yaranır. Prezident Putin bunu Federal Məclisə müraciətində qeyd etdi. Mən və çinli dostlarım bu məsələ ilə bağlı digər həmfikirlərimizin də iştirakı ilə dialoqa başlamağa razılaşdıq”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin Avrasiyada təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır: “Uzun müddət NATO, o cümlədən ATƏT formasında Avro-Atlantik təhlükəsizlik strukturu var idi, lakin o, özünü maraqlar tarazlığına əsaslanan, mənalı danışıqlar aparmaq və razılığa gəlmək mümkün olan müvafiq strukturlar siyahısından çıxarır”, - deyə rusiyalı nazir əlavə edib

Lavrov Moskva və Pekinin BRİKS və ŞƏT çərçivəsində sanksiya tədbirləri problemini həll etmək niyyətində olduğunu da vurğulayıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya