Rusiya və Çin Ukrayna ilə bağlı Moskvanın iştirakı olmadan keçirilən görüşləri "səmərəsiz" hesab edirlər

post-img

Rusiya və Çin Ukrayna ilə bağlı Moskvanın maraqları nəzərə alınmadan keçirilən görüşlərin mənasız olduğunu bildiriblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bu mövzunu Pekində Çinin xarici işlər naziri Van Yi ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında qaldırıb.

S.Lavrov Pekinin Ukraynadakı vəziyyətlə bağlı “obyektiv, balanslaşdırılmış mövqe” tutduğunu, həmçinin siyasi və diplomatik nizamlanmada “müsbət rol oynamağa” hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formulunu dəstəkləyən Qərb ölkələri “istənilən reallıqlardan tamamilə ayrılıb”. 

“Biz və çinli dostlarımız, bu kontekstdə, ilk növbədə, təhlükəsizlik sahəsində iştirak edən bütün tərəflərin qanuni narahatlıqlarını nəzərə almağın zəruriliyini açıq şəkildə bildiririk, çinli həmkarlarım və mən istənilən beynəlxalq tədbirlərin mənasız olduğu qənaətini təsdiqlədik", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri açıqlayıb. 

2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin həlli üçün 12 bənddən ibarət plan təqdim edib. Pekin xüsusilə bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Ukrayna Xarici İşlər Nazirliyi bu planı tənqid edib. ABŞ prezidenti Co Bayden bildirib ki, Çinin planı yalnız Rusiyanın xeyrinədir. 2023-cü ilin martında "Politico" nəşri Çinin Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı görüşləri boykot edəcəyini yazmışdı.

S.ELAY

XQ

 

Dünya