ABŞ-da TikTok taqqıltısı

post-img

Vaşinqton niyə Çin sosial şəbəkəsini qadağan etmək istəyir?

Amerikalılar TikTok-u itirmək riski ilə üzləşiblər. Martın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə bu sosial şəbəkənin qadağan edilməsinə səbəb ola biləcək qanun layihəsini təsdiqləyib. Dövlət nümayəndələri dəfələrlə Çin Xalq Respublikasını (ÇXR) amerikalıların məxfi məlumatlarını, o cümlədən TikTok vasitəsilə topladığına, habelə ictimai rəyə təsir etdiyinə görə tənqid ediblər. Sənədə əsasən, sözügedən sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” şirkəti altı ay ərzində Amerika seqmentini yerli təşkilata satmalıdır. Əks halda, TikTok qadağan olunacaq. 

Nümayəndələr Palatasının qərarından əvvəl Konqresin yuxarı palatasında müzakirələr aparılıb. ABŞ Senatının Kəşfiyyat komitəsi öz növbəsində inin “ByteDance” şirkətinə məxsus TikTok-un taleyini müzakirə edib. Dinləmələr bağlı qapılar arxasında keçirilib, lakin müzakirələr barədə bəzi məlumatlar mətbuata sızıb. ABŞ Milli Kəşfiyyatının rəhbəri Evril Heyns Amerika əhalisinin yarısının izlədiyi TikTok-un cəmiyyəti parçalamaq üçün istifadə oluna biləcəyinə işarə edib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (MKİ) Kristofer Rey də oxşar fikir bildirib. Onların arqumentləri Nümayəndələr Palatası tərəfindən nəzərə alınıb. Qanun layihəsini 352 konqresmen dəstəkləyib, 65-i əleyhinə çıxıb və indi qanun layihəsi Senatda təsdiqini gözləyir. 

CNN-nin jurnalisti Kler Dai deyir ki, layihə qəbul edilərsə, milyonlarla istifadəçi zərər çəkəcək: “ByteDance və TikTok qanun layihəsinə qarşı çıxmağı planlaşdırdıqlarını və ona məhkəmədə etiraz edəcəklərini deyirlər. Ölkədə qadağanı tənqid edən çoxlu istifadəçi var. Bu qanunu qəbul etsələr, növbəti seçkilərdə nümayəndələrə səs verməyəcəklərini dedikləri videolar çəkirlər. İnsanlar həqiqətən narahatdırlar. Bu, xüsusilə, TikTok-da dolanışığını təmin edən sahibkarlara aiddir. Amerikada onların sayı 5 milyon nəfərə çatır. Sosial şəbəkə qadağan olunarsa, onlar dolanışıqsız qalacaqlar”. 

Siyasi analitiklərin sözlərinə görə, TikTok-la bağlı qanun layihəsi ABŞ-ın inlə əlaqəli hər hansı onlayn platformanın psixoloji təsir üçün istifadə ediləcəyi ilə bağlı qorxularını əks etdirir. Paradoks ondadır ki, TikTok qeyri- in bazarları üçün nəzərdə tutulub və bu platforma ində mövcud deyil. Sosial şəbəkə, həmçinin 2020-ci ildə Pekinin bu ərazidə milli təhlükəsizlik qanunu tətbiq etdiyi və söz azadlığını məhdudlaşdırdığı zaman Honq Konqdan ayrılıb. Eyni zamanda, TikTok-un təsisçisi ABŞ hakimiyyətini dəfələrlə əmin edib ki, amerikalı istifadəçilərdən toplanan məlumat ABŞ-da qalacaq və bu məlumat Pekindəki “ByteDance” əməkdaşları üçün əlçatan deyil. Bununla bağlı, “The Ne York Times” yazır ki, Vaşinqton proqramın sahibini dəyişdirməklə milli təhlükəsizlik riskini aradan qaldırmayacaq. Burada əsas məsələ TikTok-un uğurla işləməsinə imkan verən kodları və alqoritmləri kimin yazdığıdır. Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsində isə bu, tam nəzərə alınmır. Qəzetin yazdığına görə, istifadəçilərin istədiklərinə yol göstərən alqoritmlər 170 milyon amerikalını telefonlarında TikToku saxlamağa həvəsləndirən sehrli inqrediyentdir. 

Bundan başqa, TikTok yuxarıda qeyd olunan alqoritmlərə sahib deyil. Onlar həddindən artıq məxfilik şəraitində “ByteDance” tətbiqini yaradan şirkətdə işləyən mühəndislər tərəfindən yaradılıb. Həmin mühəndislər kodları Pekin, Sinqapur və Kaliforniyada yazırlar. Bununla yanaşı, in hökuməti xarici proqramçıların bu alqoritmlərdən istifadə etmək üçün lisenziya almalarını tələb edir. Buna görə də, mütəxəssislər bildirirlər ki, TikTok-u Amerika vətəndaşlarına satmaq mühərriki olmayan avtomobili satmaq deməkdir. Hətta, Amerikada yerləşən yeni şirkət öz istehsalı olan Amerika alqoritmlərini yaratsalar belə, bunun işə yarayacağı şübhə doğurur. 

Vaşinqton dəfələrlə Pekini TikTok-dan yararlanaraq həssas məlumatlar toplamaqda ittiham edib. Bu da doğrudur ki, amerikalılara cəmiyyətdə mübahisələrə səbəb olan videolar da bilərəkdən göstərilə bilər. Bir çox mütəxəssis hesab edir ki, həqiqətən də narahatlıq üçün əsaslar var. Belə ki, hər bir video onun nə vaxt açıldığı, baxıldığı, hansı istifadəçi tərəfindən, hansı cihazdan, nə qədər müddətə olduğu barədə metadata ilə müşayiət olunur. Hər bir istifadəçinin də öz hesabı var, o, müstəqil və könüllü olaraq özü haqqında məlumat yerləşdirir. Bu isə, o deməkdir ki, sosial şəbəbə sahibləri istənilən şəxs barədə ətra ı məlumata malik olurlar.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, “Vaşinqton digər ölkələrin bərabər rəqabətdə qalib gələ bilməməsini təmin etməyə çalışır” və heç bir Amerika şirkəti TikTok-u postamentindən yıxmağa qadir deyil. Məlumatlara görə, ABŞ-da TikTok-un hələki analoqu yoxdur. CNN-in məlumatına görə, prezident Co Bayden qanun layihəsini dəstəkləyir, bununla belə, TikTok-un müsbət tərə ərini də etiraf edir. Onun seçki kampaniyasının TikTok-da səhifə açması da bunu təsdiqləyir. Hazırda Co Baydenin TikTok-da 265 mindən çox abunəçisi var. Senatın sözügedən layihəni təsdiqləməsindən sonra Co Baydenin seçki qərargahının TikTok səhifəsini bağlayıb-bağlamayacağı məlum deyil. Amma dəqiq olan budur ki, TikTok-un qadağan olunması ABŞ-Çin arasında onsuz da mürəkkəb olan münasibətlərə mənfi təsir göstərəcək.

S.ELAY

XQ

 

Dünya