Balerina “Qazaxıstan gözəli”dir

post-img

Bu günlərdə Astanada “Qazaxıstan gözəli” şou-müsabiqəsi başa çatıb. Almatı  şəhərindən olan 21 yaşlı balerina Sabina İdrisova bu maraqlı yarışın qalibi tituluna layiq görülüb. 

Qazaxıstan mətbuatı yazır ki, Almatı Xoreoqrafiya Məktəbini bitirən Sabina bir müddət Astana Balet Teatrında çalışıb. Bundan sonra isə model kimi fəaliyyət göstərmək niyyətindədir. 

Qeyd edək ki, “Qazaxıstan gözəli” müsabiqəsində iştirak etmək üçün ölkənin bütün regionlarında seçim turları təşkil olunub. Müsabiqənin son mərhələsinə 25  gənc qız iştirak edib. 

“Qazaxıstan gözəli” müsabiqəsinin hakimlər heyətinə “Miss Qazaxıstan” qurumunun rəhbəri, model Ayday İsayeva rəhbərlik edib. Jurinin tərkibinə, həmçinin yarışın ötənilki qalibi Tomiris Kakimova, tanınmış qazax aktyoru Erkebulan Toktar, qırğızıstanlı dizyaner Arzubek Bonama və başqaları daxil olublar. 

Sonda xatırladaq ki, müsabiqənin “Tamaşaçı rəğbətinə görə” nominasiyasında Adelina Balımbəyeva birinci olub. 

XQ

 

Dünya