Kanada Depardyeni cəzalandırdı

post-img

Kanadanın Kvebek əyalətinin hakimiyyət orqanları seksist ifadələrə görə aktyor Jerar Depardyeni regionun ən yüksək mükafatından məhrum edib.

“Jerar Depardyenin kamera qarşısındakı qalmaqallı şərhləri beynəlxalq ictimaiyyəti şoka salıb. Onun davranışı Kvebek Milli Ordeninin üzvlərinin reputasiyasına kölgə salır”, – deyə əyalət rəhbəri Fransua Leqo bildirib.

Əyalət rəhbəri Depardyenin 2018-ci ildə Şimali Koreya dövlətinin yaradılmasının 70 illiyi ilə bağlı KXDR-ə səfəri zamanı dediklərini nəzərdə tutub.

XQ

 

Dünya