Səttarın rənglər aləmi ilmələrdə

post-img

 Müasir dövrün unikal sənət əsərlərindən olan “Səttarın arzusu” xalçası Xalça Muzeyinin qədim əşyalar kolleksiyasında qorunub saxlanılır. 

Xalq rəssamı Eldar Mikayılzadənin Səttar Bəhlulzadəyə həsr etdiyi xalçanın bədii tərtibatında 570-dən çox rəng çalarından istifadə olunub. O, uşaqlıqdan tanıdığı və müəllimi saydığı Səttar Bəhlulzadəyə sonsuz məhəbbətini bu xalçada ilmələrə köçürmüşdür. E.Mikayılzadə böyük sənətkarın 34 illik yaradıcılıq yoluna nəzər salıb, “Mənim anam”, “Cıdır düzü”, “Kəpəzin göz yaşları”, “­Torpağın arzusu”,   “Suraxanının qədim alovları”, “­Gülüstan”, “­Abşeron natürmortu”, “Azərbaycan ­nağılı”, “Batabat”, “Gəlin guşəsi” kimi, ­ümumilikdə, 36 rəngkarlıq əsərindən bəhrələnərək müasir dövr xalça sənətinin şedevrini yaratmışdır. 

Qeyd edək ki, xalçaçı-rəssam bu nadir əsəri  2012-ci ildə tamamlayıb. “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin ­Direktorlar Şurasının sədri, xeyriyyəçi Fərhad Əhmədov isə ­2019-cu ildə bu əsəri alaraq Xalça Muzeyinə hədiyyə edib.

Fidan SALMANOVA 
XQ

 

Mədəniyyət