İnfarktsız ürək: hansı qida gərək?

post-img

Ürək-damar sisteminin yaxşı işi keyfiyyətli qidadan başlayır. Bəs rasiona hansı qidalar əlavə olunmalıdır ki, infarktdan qorunaq?

Dietoloq həkim Mixail Ginzburq əsasən, damar tutan qidalardan uzaq durmağın vacibliyini vurğulayıb. Bildirib ki, damarların xroniki xəstəlikləri infarkt və insultun əsas səbəbidir. Həkim ürək-damar sisteminin ömrünü uzatmaq üçün balıq, zeytun yağı, mərci, tərəvəz, meyvə və s. qidaların mütəmadi qəbul edilməsini tövsiyə edib. 

M.Ginzburq onu da bildirib ki, ­ü­rəkdə sərbəst radikalları nar da ­zərərsizləşdirir.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat