Gün yağmursuz keçəcək, dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dekabrın 16-da Bakıda və  Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-6° , gündüz 8-11° isti olacaq.  Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq, nisbi rütubət 70-80  faiz  olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Q. QASIMOV 
XQ

 

Ekologiya