Avropa Kuboku Bakıda

post-img

Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku yarışı təşkil ediləcək. 

2024-cü ildə Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq yarış yeni formatı ilə fərqlənəcək. Qitə turnirinin proqramına “çarpaz-qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları mübarizədir.

Çoxnövçülük, komanda hesabı və fərdi proqramda keçirilən yarışlarda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Avropa Kuboku yarışı 2024-cü il martın ­29-dan 31-dək Milli Gimnastika Arenasında ­təşkil ediləcək.

Leyla SABİRQIZI 
XQ

 

İdman