Qadın futbolçular, irəli!

post-img

Qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəli açıqlanıb. 

FIFA-nın rəsmi saytında verilən məlumata görə, Azərbaycan yığmasının aktivində 1305.48 xal var. Kollektiv bu göstərici ilə iki pillə irəliləyərək 76-cı sırada qərarlaşıb. 

Xatırladaq ki, UEFA Millətlər Liqasının C divizionunda Kipr, Monteneqro və Farer adaları birlikdə eyni qrupda mübarizə aparan yığmamız 5 qələbə və 1 heç-heçə ilə B Liqasına vəsiqə qazanıb.

Leyla SABİRQIZI 
XQ

İdman