“Qarabağ” “səpələnmişlər səbəti”ndə

post-img

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

H qrupunu ikinci pillədə başa vuraraq pley-offa adlayan “Qarabağ” püşkatmaya “Səpələnmişlər səbəti”ndən qatılacaq. Ağdam klubu bu mərhələdə Çempionlar Liqasından gələn səkkiz kollektivdən (“Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Donetsk, Ukrayna) biri ilə qarşılaşacaq. 

Pley-off mərhələsi 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaqlar. 

Leyla SABİRQIZI 
XQ

İdman