Rusiya Aya kosmonavt göndərəcək

post-img

“Energia” Raket Kosmik Korporasiyasının pilotlaşdırılan kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru Vladimir Solovyov bildirib ki, onun  ölkəsi kosmonavtlarını Aya göndərəcək.

“2031-2040-cı illərdə biz peykə pilotlu ekspedisiyalar, o cümlədən ilk eniş, geoloji tədqiqatlar və Ay bazasının yerləşdirilməsi üçün hazırlıq işləri aparmağı planlaşdırırıq. Ay bazasına gəlincə, tikintinin özü 2041-2050-ci illər üçün nəzərdə tutulub”, – deyə ­Solovyov qeyd edib.

Məlumata görə, bu müddət ərzində peykdə su və oksigen istehsalına və istifadəsinə başlanılması planlaşdırılır.

XQ

 

Dünya