Saturna bənzər planet

post-img

Astronomlar yeni nəhəng ekzoplanet kəşf ediblər. TOI-5344 b adlı obyekt çox kiçik ulduz (qırmızı cırtan) ətrafında fırlanır. Ölçüsü və kütləsi baxımından Saturna bənzəyir. Planet TESS kosmik teleskopu vasitəsilə kəşf edilib. Bildirilib ki, bu günə qədər 6900 ekzoplanet müəyyən edilib, 398-i artıq təsdiqlənib.

TOI-5344 b planetinin ölçüsü Yerdən təxminən 10 dəfə, kütləsi isə 135 dəfə böyükdür. Hər kubsantimetr üçün sıxlıq 0,8 qramdır, ana ulduzdan 0,04 astronomik vahid məsafədədir. Alimlər planeti ekzosaturn kimi təsnif ediblər. 

Qırmızı cırtdan TOI-5344 isə Yerdən təxminən 444 işıq ili uzaqlıqda yerləşir. Ulduzun radiusu təxminən 0,56 Günəş radiusu, kütləsi isə 0,59 Günəş kütləsidir. Onun yaşı 7,1 milyard ilə çatır. Bu ulduz metalla zəngindir.

XQ

 

Dünya