Şoyqu: Qərb siyasəti nüvə gücləri arasında toqquşma təhlükəsi yaradır

post-img

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pekində keçirilən 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxış edib. O, Qərb siyasətinin nüvə gücləri arasında toqquşma təhlükəsi yaratdığını söyləyib, Qərb ölkələrini Ukraynadan “döyüşçü” kimi istifadə etməkdə ittiham edib və ABŞ-ın hərbi-bioloji fəaliyyətlərinin sürət qazandığını bildirib.

Pekin Syanşan Forumu 2006-cı ildən keçirilir. Təşkilatçılar Çin Hərbi Elmlər Assosiasiyası və Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutudur.

XQ

Dünya