Mask İsrail kəşfiyyat agentliyinə Qəzzadan Starlink-ə giriş vermək planlarını izah edib

post-img

"Kanal 12" xəbər verir ki, iş adamı İlon Mask İsrailin ümumi təhlükəsizlik xidmətinin (Şabak) rəhbəri Ronen Bara və baş nazir Benyamin Netanyahunun ofisinin rəsmilərinə zəng edərək Qəzza zolağından Starlink peyk rabitəsinə çıxışın təmin edilməsini müzakirə edib.

R.Bar ilə söhbətində Mask onu İsraili dəstəklədiyinə inandırıb və rabitənin “yalnız humanitar məqsədlər üçün” veriləcəyini bildirib. İ.Mask "Starlink"in “hətta bir terminalını” aktivləşdirməzdən əvvəl həm Amerika, həm də İsrail hökumətləri ilə “bütün təhlükəsizlik yoxlamaları” aparmaq niyyətində olduğunu vurğulayıb.

R.Bar isə açıq şəkildə vurğulayıb ki, İsrail Qəzza zolağında “terrorçu elementlər” tərəfindən xəttin “heç bir istismarına” icazə verməyəcək.

XQ

Dünya