Çin Rusiya ordusu ilə strateji əməkdaşlığı dərinləşdirmək niyyətindədir

post-img

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini Çjan Yuxia bildirib ki, Pekin Rusiya silahlı qüvvələri ilə strateji əməkdaşlığı dərinləşdirmək və genişləndirmək niyyətindədir.

O, 10-cu Syanşan Təhlükəsizlik Forumunun rəsmi açılış mərasimində deyib: “Biz Rusiya ordusu ilə strateji etimadı və əməkdaşlığı dərinləşdirməyə davam edəcəyik”.

Çin rəsmisi, həmçinin forumda şəxsən iştirak edən Rusiyanın müdafiə naziri Sergey Şoyqunu ÇXR-in “dostu” adlandırıb. “Biz artıq Çin və Rusiya ərazilərində keçirilən əsas və mühüm çoxtərəfli tədbirlərdə qarşılıqlı iştirakın yaxşı ənənəsini formalaşdırmışıq. Yoldaş nazir, siz Çin xalqının və Çin Silahlı Qüvvələrinin böyük dostusunuz”, - deyə cənab Yuxia əlavə edib.

XQ

Dünya