Okeanların sayı 6-ya çatacaq

post-img

Yer kürəsində yeni okean yarana bilər. Bu, Afrika qitə­sinin iki hissəyə ayrılması ilə baş verəcək. Dənizə çıxışı ol­mayan ölkələr (məsələn, Zam­biya və Uqanda) öz sahil xət­lərini əldə edəcək. Alimlərin fikrincə, proses milyonlarla il ərzində baş verəcək.

Gələcək okeanın tarixi 2005-ci ildə üç tektonik plitənin (Nubiya, Somali və Ərəbistan) sərhədində Şərqi Afrika qırılmasının əmələ gəlməsi ilə başlayıb. Oxşar tekto­nik sürüşmələr Qırmızı dənizin və Ədən körfəzinin formalaşması za­manı da baş verib.

Hazırda Yer kürəsində 5 okean var. 2000-ci ilədək onların sayı 4 idi: Şimal Buzlu, Atlantik, Sakit və Hind. 

Dünya Hidroqrafiya Təşkila­tının 2000-ci il qərarına əsasən dünya okeanı beş yerə bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilib. Amma bu qərar həmin vaxt təsdiq edilmədi. Çünki 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.

Cənub okeanı 21 il sonra, 8 iyun 2021-ci ildə Beynəlxalq Coğ­rafiya Cəmiyyəti tərəfindən rəs­mən tanınmışdır.

P.ƏFƏNDİ
XQ

Dünya