Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 15-18°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarınd əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 24-29°, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacaq.
Q.QASIMOV
XQ