“Apple”ın Türkiyə sevgisi

post-img

Yaxın günlərdə Türkiyə Cümhuriyyətinin 100 yaşı tamam olacaq. Apple şirkəti bu günün şərəfinə türk kinosu, musiqisi və proqram tərtibatçıları üçün müxtəlif oyun siyahıları hazırlayıb.

Şirkətin dərc etdiyi türk filmləri si­yahısına Apple TV-də baxa biləcəyi­niz 100 türk kinosu daxildir. Digər 2 siyahıda sevilən türk sənətçilərinin hit mahnıları və mobil oyunlar yer alıb.

Qeyd edək ki, XIII əsrin sonla­rından osmanlıların siyasi idarə­çiliyi ilə davam edən bu dövlət 1923-cü ildən başlayaraq Türkiyə Cümhuriyyəti adlandırılıb. Türkiyə göstərilən dövr ərzində dünya döv­lətlərinin əksəriyyəti ilə diplomatik münasibətlər qurmuş, ölkəsinin gü­cünü bərpa etməyə nail olmuşdur. 100 yaşın mübarək olsun, Türkiyə!

F. SALMANOVA
XQ

Dünya