Ürəyin səhər pəhrizi

post-img

Ənənəvi olaraq səhərlər hazırlanan yeməklər ürək-damar problemləri olanlar üçün zərərlidir. Qastroenteroloq Yekaterina Kaşux ürək xəstələri üçün uyğun olmayan səhər qidalarını açıqlayıb.

Bildirib ki, arterial təzyiqi olan in­sanlara blinçik, qayğanaq, kolbasa, mürəbbə, içliki qoğal ziyandır. Bu qi­dalarda yüksək xolesterin olduğun­dan, damarlarda LDL səviyyəsi qalxır. İnfarkt və insult riskini azaltmaq üçün heyvani yağ, piy mənşəli qidaları, ma­ğaza şirniyyatlarını, şirin içkiləri və duzu azaltmaq lazımdır. 

Ürək xəstələri səhərlər və gün ərzin­də taxıl, lifli qidalar, toyuq əti, tərəvəz, alma, qoz, qarabaşaq, süd məhsulları və giləmeyvələr, faydalı sıyıqlar yemə­lidirlər. 

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat