Təbii antixolestrollar

post-img

Əsas sağlıq problemlərindən biri də qanda xolesterinin çox olmasıdır. Xolesterini dərmanla olduğu kimi, təbii vasitələrlə də azaltmaq mümkündür.

Belə təbii vasitələrdən biri yüksək lifli yulafdır. Yulaf LDL (pis xolesterol) səviyyəsini azaldır. Bu məqsədlə yulaf qəhvəsindən də istifadə edirlər. 

Xolestorol səviyyəsini aşağı salan badam və fındıq, dəniz məhsulları sağ­lam yağlar və liflərlə zəngindir. Müalicə məqsədilə zeytun yağından da istifadə edilir. 

Antioksidantlar baxımından zəngin olan qara çay, liflərlə zəngin olan əncir, avokado da xolesterolu azaldan fitonüt­rientlər və antioksidanlarla zəngindir. Yoqurt, süd kimi probiotik məhsullar da xolesterini azaldır. Qanda xolesterin sə­viyyəsini azaltmaq üçün bu bitkilərdən istifadə edərkən, onları qida planınıza düzgün şəkildə əlavə etmək, yağ və qəhvə istifadəsini azaltmaq lazımdır.

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat