İstehlak edilməsi tövsiyə edilən bənövşəyi kartof dadı ilə də diqqət çəkir. Görünüşü ilə süfrələrə gözəllik verən bu kartofun faydaları çoxdur. Qan dövranını və təzyiq tarazlığını tənzimləyir, damarları gücləndirir, insana uzun müddət toxluq hissi verir.
Bənövşəyi kartofu ən çox qızardıb yeyirlər. Yemək belə hazırlanır: 3 bənövşəyi kartof, 1 xörək qaşığı zeytun yağı, 1 baş sarımsaq, duz və istiot götürülür. Kartoflar yaxşıca yuyulduqdan onu həm qabıqlı, həm də qabıqsız istifadə etmək olar. Çünki qabıqlar daha çox antioksidant xüsusiyyətlərə malikdir. Kartoflar eyni ölçüdə kəsilir, böyük bir qabda bibər, duz və istiot əlavə edilib qarışdırılır. Sonra üzərinə bir diş sarımsaq da əzilib tökülür. Doğranıb hazırlanmış kartof qızardılmaq üçün bir qaba tökülür. Əvvəlcədən isidilmiş 400 dərəcə sobada 25–30 dəqiqə müddətində qızardılır.
Z.HÜSEYNLİ
XQ