Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Budapeşt Ukraynanın Avropa İttifaqına qoşulmaq üçün müraciətinə qoyduğu iki illik vetonu ləğv etməyə hazır olduğunu açıqlayıb. Bu addım Brüsseldə Ukraynada yaşayan macarların hüquqları üzrə ukraynalı və macar mütəxəssisləri arasında keçirilən görüşdən sonra elan edilib.
Məlumatı “Euronews” verib.
Bu ərəfədə Macarıstanın Baş naziri Peter Macar Kiyevlə 100.000 nəfərlik macar milli azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi ilə bağlı “hərtərəfli razılaşma”nın əldə olunduğunu elan edib.
Bu irəliləyiş eyni blokda Aİ namizədləri hesab edilən Ukrayna və Moldovanın ilk danışıqlar klasterini, yəni “Əsas Çərçivə”ni rəsmi olaraq açmasına imkan verəcək. Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Kipr bunun üçün hazırlıqların başladığını elan edib. Bu barədə X platformasındakı paylaşımda bildirilib.
P.ƏMİRCANOV
XQ

