Hakan Fidan Banqladeşə səfər edəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü Banqladeş xarici işlər naziri Xəlilur Rəhmanın dəvəti ilə bu ölkəyə iki günlük rəsmi səfər edəcək.

XQ xəbər verir ki, məlumatı “AA” yayıb.

Bildirilir ki, bu, Hakan Fidanın Banqladeşə ilk rəsmi səfəri olacaq. Səfər çərçivəsində onun Banqladeşin Baş naziri Tarique Rahman tərəfindən qəbul ediləcəyi, həmçinin xarici işlər naziri Xəlilur Rahmanla ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Görüşlər zamanı tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional inkişaf məsələlərinin müzakirə olunacağı qeyd edilir.

Səfər zamanı Hakan Fidanın Banqladeşin yüksək vəzifəli dövlət rəsmiləri ilə də görüşlər keçirməsi planlaşdırılır.

Dünya