Meksikalı məktəblilər Azərbaycanda

post-img

Azərbaycanın Meksikadakı Səfirliyi bu ölkənin nüfuzlu orta məktəblərindən biri olan və paytaxt Mexikoda yerləşən özəl “British American School”da Birləşmiş Millətlər Günü münasibətilə keçirilən sərgidə iştirak edib.

Qeyd olunub ki, sərgidə Azər­baycanın milli mədəniyyəti, milli ge­yimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materi­alları nümayiş etdirilib və paylanılıb.

Azərbaycan stendini ziyarət edən müxtəlif yaş qruplarından olan mək­təblilər, eləcə də məktəbin rəhbər və müəllim heyətinə ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verilib, həmçinin milli mətbəximizin ləziz nü­munələri təqdim olunub.

XQ

Son xəbərlər