Yupiterdə reaktiv axın

post-img

Yupiterdə əvvəllər məlum olmayan, eni 4800 kilometrdən çox olan reaktiv axın aşkar edilib. Bu axın Yerdəki ən güclü qasırğalardan iki dəfə sürətlə hərəkət edir. NASA-nın məlumatına görə, o Yupiterin ekvatorunda, onun əsas bulud təbəqələrinin üstündə yerləşir. Alimlər etiraf edirlər ki, reaktiv axının mövcudluğu faktı onları çox təəccübləndirib. Onun kəşfi Yupiterin turbulent atmosfer təbəqələrinin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğuna dair yeni fikirlər verir.

Yeni kəşf edilmiş reaktiv axın olduqca yüksək sürətlə hərəkət edir. Bu, saatda təxminən 515 kilometrdir. Hesablamalar göstə­rib ki, reaktiv axın Yupiterin əsas buludlarından təxminən 40 kilo­metr yüksəklikdə yerləşir. Əlavə müşahidələr bu axının sürəti­nin və hündürlüyünün zamanla dəyişib-dəyişmədiyini müəyyən edəcək.

Tədqiqatçıların nəticələri ilə “Nature Astronomy” jurnalında tanış olmaq olar.

P.ƏFƏNDİ
XQ

Dünya