Yeni planet sistemi

post-img

Beynəlxalq astronomlar qrupu TESS teleskopunun arxiv məlumatlarını təhlil edib. Onlar əvvəllər məlum olmayan və Neptun ölçüsündə iki ekzoplanet aşkar ediblər. Bu, mahiyyətcə yeni planet sisteminin kəşfidir. Çünki kəşf edilmiş hər iki ekzoplanet TOI-5126 kimi tanınan parlaq ulduzun ətrafında dövr edir. 

Yeni kəşf edilən planet­lər ölçülərinə görə Günəş sistemindəki ən uzaqdakı pla­netə oxşayır. Ulduza ən yaxın olan ekzoplanet TOI-5126 b adlanır. Onun radiusu təqribən 4,74 Yer radiusu qədərdir. Bu da o deməkdir ki, Neptundan təxminən 22 faiz böyükdür. Pla­net öz ulduzunun ətrafında hər 5,46 gündə bir dövr edir və on­dan təxminən 0,065 astronomik vahid məsafədə yerləşir. Yeni planet sistemi Yerdən 525 işıq ili uzaqdadır.

P.ƏFƏNDİ
XQ

Dünya