“Çay yığan qızlar”

post-img

Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığında dərin iz buraxan əsərlərdən biri də “Çay yığan qızlar” tablosudur. Bu əsərdə biz gənc qızların tarlada necə həvəslə işlədiyini görürük. 

1967-ci ildə yağlı boya ilə kə­tan üzərinə həkk edilmiş bu əsər­də əsasən soyuq rənglərdən isti­fadə olunub. Tabloda qadınların geyimi və əllərindəki səbətlər isə yaşıl, qırmızı və sarı rənglərlə təsvir edilmişdir ki, bu da rəsmə özünəməxsus fərqlilik verir. 

Bir sözlə, demək olar ki, rəs­min mövzusu ilə rəng ahəngi bir-birini tamamlayır. Həmçinin əsərdə rəssam jest və mimikalar vasitəsilə qəhrəmanların həm zahiri, həm də daxili aləmlərini məharətlə əks etdirməyi bacarıb. 

Hazırda tablo Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır və nümayiş etdirilir.

Leyla HADİ,
tələbə-jurnalist

Sosial həyat