Hava yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 14-17°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi ra­yonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 24-29°, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya