“Xarı Bülbül Şuşa” növbəti qələbə qazanıb

post-img

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” komandası Çelenc Kubokunda uğurlu çıxışını davam etdirir. 

Şuşa təmsilçisi turnirin 1/32 finalında Slovaki­yanın “TJ Spartak” klubu ilə qarşılaşıb. Bakıdakı Voleybol Mərkəzində keçirilən cavab oyununda voleybolçularımız rəqibə 3:1 hesabı ilə qalib gəliblər. 

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda “Xarı Bülbül Şuşa” hər üç setdə slova­kiyalıları məğlub edib. Komandamız 1/16 finalda Yunanıstan klubu “Panatinaikos”la mübarizə aparacaq. 

Leyla SABİRQIZI 
XQ

İdman