Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası cüdo üzrə Avropa çempionatına hazırlığını davam etdirir.
Hazırlığın növbəti mərhələsi Şamaxıda təşkil olunub. Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik ediblər. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparıblar.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de- Qran-Kanariya şəhərində keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ







