Minifutbolçularımız 2-ci dəfə Avropa çempionu olub

post-img

Slovakiyanın paytaxtı Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatının finalında Azərbaycan milli komandası Ukrayna yığması ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma Azərbaycan millisinin xeyrinə başa çatıb – 2:0. Komandamızın qollarını Mirmehdi Rzayev və İsa Atayev ukraynalıların qapısından keçirib.

Beləliklə, Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Qabil YUSİFOĞLU
XQ



























İdman