Millimiz Tiranada 3-cü olub

post-img

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçirilib. 

Yarışda uğurla çıxış edən komandamız 2 gü­müş, 3 bürünc medal qazanıb. Yığmamız ümumi­likdə 87 xal qazanaraq komanda hesabında 3-cü yeri tutub. ABŞ 148 xalla 1-ci, Türkiyə 113 xalla 2-ci pillələrdə qərarlaşıblar. 

Qeyd edək ki, millimizin heyətində mübarizə aparan Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıblar. Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qala­yev (125 kq) isə bürünc medala yiyələniblər.

Leyla SABİRQIZI 
XQ

İdman