“Xankəndi” komandası yaradılacaq

post-img

Azərbaycan Minifutbol Federasiyası­nın(AMF) prezidenti Orxan Məmmədov millinin sabiq futbolçuları ilə görüşüb. 

Federasiyadan “XQ”yə bildirilib ki, tədbirə Rə­şad Sadiqov, Kamran Ağayev, Əfran İsmayılov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Elvin Məm­mədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar qatılıblar. Orxan Məmmədov yığma komandamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Tədbirdə bu idman nö­vünün ölkəmizdəki inkişafından və kütləviliyindən danışılıb, həyata keçirilən tədbirlərlə bağlı müza­kirələr aparılıb, futbolçuların fikirləri dinlənilib. 

Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılması və onun ölkə çempionatında iştirakı qərara alınıb. 

Leyla SABİRQIZI 
XQ

İdman