Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək.
Zati-aliləri, ən yüksək ehtiramlımı qəbul etməyinizi xahiş edir.
Nəvaf Salam
Livan Respublikasının Baş naziri

