Əfsanəvi otellər

post-img

Səudiyyə Ərəbistanının futuristik eko-şəhəri sayılan Neomda şəffaf hotelin tikilməsi planlaşdırılır. Bu barədə “Dezeen” jurnalında məlumat dərc olunub.

Bildirilir ki, bu bölgədə 3 premi­um otel inşa ediləcək. Yaxın illər­də təhvil veriləcək mehmanxana­ların hər biri 40 nömrədən ibarət olacaq, onlar vadinin üstündəki 400 metrlik qayalar boyunca yer­ləşəcək.

Birinci otel “Adventure” (Ma­cəra) adlanır. Binanı memar Kris van Deyn dizayn edib. Qayaların üstündə terrasları və hovuzla­rı olacaq otel bir neçə otaqdan ibarətdir. 

İtalyan memarı Mario Kuçinel­lanın dizayn etdiyi ikinci otelin adı isə “Oasis”dir (Vahə). Möhtəşəm bina xarici görünüşünə görə qa­yaları xatırladır. Burada müşahidə meydançası və bağların salınması nəzərdə tutulub. Damda isə hovu­zun yerləşdirilməsi planlaşdırılır. 

Layihədə nəzərdə tutulan üçüncü otel isə “The Wellness Hotel”dir ki, (Sağlamlıq hoteli) bu da güzgülərdən hazırlanmış fa­sad sayəsində şəffaf olacaq. 

FİDAN
XQ



Dünya