Akkumulyatorun ikinci ömrü

post-img

İsveçin Çalmers Texniki Universitetinin tədqiqatçıları oksalat turşusundan istifadə edərək elektrik avtomobilinin akkumulyatorunu təkrar emal etmək üçün yeni üsul işləyib hazırlayıblar.

Batareyalara təbii oksa­lat turşusu tökülür və sonra 60 dərəcəyə qədər qızdırılır. Nəti­cədə, alüminium və litium toz­dan yuyulur, bu da elektromo­billərin köhnə batareyalarındakı bütün materialı bərpa etməyə imkan verir. 

Qeyd edək ki, son illər elektrik avtomobillərinin sayı sürətlə artır və bu tendensiyanın yana­caqla işləyən avtomobillərdən tədricən imtina edilməsi ilə da­vam edəcəyi proqnozlaşdırılır.

Elektrik avtomobilləri istis­mar zamanı əhəmiyyətli dərə­cədə az emissiya istehsal edir, lakin batareyaların istehsalı bir sıra tələb olunan metallara çıxış tələb edir.

N.AYTƏN
XQ

Dünya