Dünyanın ən riskli mağazası

post-img

Çində yerdən 120 metr hündürlükdə, sıldı­rım qayanın yamacında yerləşən mağaza dünya­nın ən əlverişsiz və riskli mağazası hesab olunur. 

Kiçik taxta mağaza daha çox daxmaya bənzə­yir. Çinin Hunan əyalətindəki Sinyujay Milli Geoloji Parkında yerləşir və alpinistlər üçün nəzərdə tutu­lub.

“Nation Geographic” nəşrinin məlumatına görə, alpinistlər oradan qəlyanaltılar, içki, qidalar və di­gər vacib şeyləri alırlar. Bəziləri belə bir obyektin faydalı olduğunu qeyd edərkən, digərləri mağaza işçilərinin hər birinin işə necə getməsi ilə maraqla­nırlar. Onlar hesab edirlər ki, bu mağaza, həm də çox risklidir. 

L.QURBANOVA
XQ

Dünya