Hava yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cə­nub küləyi əsəcək. Gecə 13-16°, gün­düz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60% olacaq. Azər­baycanın rayonlarında, əsasən, yağ­mursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq külə­yi əsəcək.Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya