Süni intellekt insanı adi işlərdən, xüsusən də xammalın keyfiyyətini yoxlamaqdan, hissələrin yığılmasından və s. xilas edə bilər.
Neyron şəbəkələr hissə və birləşmələri bazara çıxarmazdan əvvəl onları virtual sınaqlarını keçirməyə qadirdir. Adi halda mütəxəssislərin real prototiplər üzərində sınaqları çoxlu resurs və vaxt tələb edir. Xoşbəxtlikdən onların bəzilərininin testini süni intellekt aparır.
Hazırda polad istehsalında süni intellekt müxtəlif aqreqat və hissələrin hərəkətinə nəzarət edir və kənaraçıxmaları vaxtında bildirir. Bu, enerji və digər resurslara qənaət etməyə, qərar qəbuletmə prosesini sürətləndirməyə və işçilər arasında xəsarət riskini azaltmağa imkan verir.
Məsələn, “Mullenom Systems” şirkətinin mütəxəssisləri konveyer xəttində qaynar polad rulonların hərəkətini izləmək üçün proqram hazırlayıb. Kompüter proqramı təhlükəli yerdəyişmə aşkar edən kimi, siqnal verir və bundan sonra vəziyyəti düzəltmək üçün lazımi tədbirlər görülür.
P.ƏFƏNDİ
XQ