Erməni bloger: Fransa Azərbaycana ermənipərəst və təxribat xarakterli bəyanatlar verir

post-img

 “Fransa yenidən Ermənistanın silahlanması ilə bağlı Azərbaycana qarşı kəskin ermənipərəst və təxribat xarakterli bəyanatlar verib”. “Caliber” xəbər verir ki, bu barədə erməni bloger Vahe Ağacanyan öz Facebook səhifəsində yazıb.

“Silah ticarəti susqunluğu və məxfiliyi sevir. Əgər Fransa bu barədə yüksək səslə danışırsa, o zaman bu ölkə başqa problemi həll etdiyi qənaətini yaradır. Bu bəyanatlar yalnız Ermənistanın ziyanına işləyir. 

Geosiyasi mərkəzlər sırf öz maraqlarından çıxış edərək, Ermənistanı kiçik valyutaya çevirməyə və onun hesabına başqa mərkəzlərlə ticarət etməyə çalışırlar. Bizim cəmiyyət kor qərblilərin təbliğatı ilə qidalanmamalı, emosiyalara qapılmamalı və bu təhlükəni açıq-aydın dərk etməlidir”, – deyə bloger yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya