Ağ Ev: Bayden G20 sammitində Ukraynadakı münaqişənin nəticələrini müzakirə edəcək

post-img

ABŞ prezidenti Co Bayden Nyu-Dehlidə keçiriləcək G20 sammitinin ilk sessiyasında tərəfdaşları ilə Ukraynadakı hərbi münaqişəni və onun digər ölkələrə təsirini müzakirə etməyi planlaşdırır. Bu barədə Ağ Evin sözçüsü brifinqdə bildirib.

Sentyabrın 9-10-da keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin iştirak etməyəcəklər. Sammitdə Rusiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çini isə Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qianq təmsil edəcək.

Bloomberg-in məlumatına görə, Avropa İttifaqı sammitdə Cinpinin və Putinin iştirak etməməsindən istifadə edərək Qlobal Cənub ölkələri ilə işi intensivləşdirməyi planlaşdırır. Agentlik öz növbəsində Co Baydenin sammitdə Rusiya və Çini dəstəkləyən ölkələrlə: Braziliya, Hindistan, İndoneziya və Cənubi Afrika ilə münasibətləri yaxşılaşdırmağı planlaşdırdığını yazıb.

XQ

Dünya