ABŞ-dakı "Lockheed Martin" zavodu Slovakiya üçün ilk F-16 Block 70 döyüş təyyarəsini təqdim edib və tədbirdə müdafiə naziri Martin Sklenara təmsil olunub.
“European Pravda”nın yazdığına görə, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.
Slovakiya Respublikası F-16 Block 70 təyyarəsinin modifikasiya edilmiş versiyasını alan ilk Avropa ölkəsi olacaq.
“Bu F-16-lar Slovakiya Hərbi Hava Qüvvələrinə regiondakı təhdidləri qabaqlamağa imkan verəcək və Avropa, NATO və dünyada müttəfiq missiyalarına töhfə verəcək”, - "Lockheed Martin"in qırıcı təyyarələr bölməsinin vitse-prezidenti OJ Sançes bildirib.
O əlavə edib ki, təyyarə "Lockheed Martin", ABŞ, Slovakiya və NATO üzvü ölkələr arasında güclü tərəfdaşlığı təmsil edir.
XQ