Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Rusiyadan gələn “ənənəvi əks-kəşfiyyat təhlükəsini” ciddi hesab edir. Onun fikrincə, ABŞ-da çox sayda rus casusu işləyir.
“Rusiya kəşfiyyatının, yəni kəşfiyyatçıları nəzərdə tuturam, ABŞ-da hələ də çoxdur. Biz daim bununla üzləşirik və hər cür şəkildə mane olmağa, qarşısını almağa və pozmağa çalışırıq”. Onun fikrincə, FTB son illərdə Rusiya kəşfiyyatçılarının müəyyən edilməsi və ölkədən çıxarılmasında əhəmiyyətli irəliləyiş əldə edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns iyulun əvvəlində bildirmişdi ki, Rusiyadakı vəziyyət onun strukturuna agentləri cəlb etmək üçün geniş imkanlar verir. Onun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi və digər Amerika kəşfiyyat orqanları hazırda bu istiqamətdə fəaliyyəti gücləndirirlər.
XQ