Havay sakinləri ABŞ-dan ayrılmaq istəyirlər?

post-img

Avqust ayında baş verən meşə yanğınları Havaydakı vəziyyəti daha da pisləşdirib və yerli əhalinin ABŞ-dan müstəqillik istəyini artırıb. Bu barədə Britaniyanın "Guardian" qəzeti yazıb.

Nəşrin yazdığına görə, ABŞ əyalətində yaşayan yerli fəallar Havayı öz-özünə təmin edən bir ada dövləti olaraq bərpa etmək istəyirlər və bunu uşaqları və nəvələri üçün qorumağın yeganə yolu kimi görürlər.

Qeyd olunur ki, yanğınlar çoxlu evi dağıdıb və on mindən çox havaylını köçməyə məcbur edib. Üstəlik, Havayda mənzillərin orta qiyməti bir milyon dolları ötür.

XQ

 

Dünya