İnsana donuz böyrəyi köçürülüb

post-img

Alabama Universitetinin mütəxəssisləri dünyada ilk dəfə insana funksional donuz böyrəklərini transplantasiya ediblər. 

Belə ki, uzun müddət xroniki böyrək xəstəliyindən əziyyət çəkən 50 yaşlı xəstə öz bədənini elmi araşdırmalar məqsədilə istifadə olunmasına razılıq verib. Nəticədə, xəstədə beyin ölümü təyin edilən­dən sonra mütəxəssislər genləri təhlil edilmiş donuz böyrəklərinin transplantasiyasını həyata keçirib­lər. Əməliyyat uğurla nəticələnib.

Mütəxəssislər sözügedən əməliyyatdan əvvəl böyrəklərdən 4 donuz genini çıxararaq onlara 6 insan geni əlavə ediblər. Bunun nəticə­sində pasientin böyrəkləri kreatindən tə­mizlənib. Donuz böyrəkləri orqanizmdə 1 həftə ərzində normal şəkildə işləyib. Uni­versitetin professorları böyrək xəstəliklə­rindən əziyyət çəkənlər üçün bu cür do­nor orqanların müddətli və ya müddətsiz olub-olmadığını təyin etmək istəyirlər. 

Hazırda bu, ksenotransplantasiya sahəsindəki növbəti uğur hesab edilə bilər.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya