Britaniya monarxlarının ad günü

post-img

Əslində, Kraliça II Yelizavetanın doğum günü aprelin 21-i olsa da, ümumiyyətlə, monarxların doğum gününü yay mövsümündə qeyd etmək adət halı almışdır. 1805-ci ildən etibarən hər il iyun ayının ikinci şənbə günü monarxın “rəsmi” doğum günü kimi ordu paradı ilə qeyd edilir.

Bu mərasim əsgərlərin öz alaylarının müxtəlif rəngli bayraqları altında döyüş meydanına atılması ilə əlaqələndirilir. Hər 5 piyada qvardiya alayından biri növbə ilə (Qrenadyorlar, Koldstrim qvardiyası, Şot­landiya, İrland və Uels qvardiyaları) məra­simdə öz rənglərini nümayiş etdirir.

Kraliça II Yelizavetanın rəsmi ad gü­nündə mərasim kral süvarilərinin onu Bu­kinqem sarayından paradın keçiriləcəyi yerə qədər müşayiət etməsi ilə başlayır­dı. Kraliça paradın keçirildiyi yerə gələrək 500 qvardiyaçını nəzərdən keçirirdi.

Parad zamanı qvardiyaçılar rütbələ­rinə uyğun nizami sıra ilə ayaq səslərinin ritmik sədaları altında Kraliçanın yanın­dan ötüb keçirdilər.

Dövlət bayrağının rəsmi idarələr üzə­rində dalğalandırılmasından və milli him­nin səsləndirilməsindən əlavə, Kraliçanın həqiqi doğum günündə heç bir xüsusi təd­bir keçirilmirdi. 

Qeyd edək ki, bu adət bu gün də qüvvədədir. Kral III Çarlzın da ad günü bu qayda ilə qeyd edilir.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya