Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, ölkəsində yeni istehkamçı batalyonu yaradılacaq.
Müdafiə naziri yeni batalyonun ölkənin şimal-şərqində, Avqustov şəhərində Suvalki dəhlizində yerləşdirilməsinin planlaşdırılmasına diqqət çəkib. O, yaxın vaxtlarda yeni müdafiə sərmayələrini açıqlayacağını da qeyd edib.
Batalyonun mina əleyhinə fəaliyyət üçün yaradılacağını bildirilir.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"